qaça-qaç (qarışıqlıq, çaxnaşma)

the alarms and excursions шум и суета
qaça-qaç deyil (tələsmək lazım deyil)
qaça-qaça salma (tələsmə!)
OBASTAN VİKİ
Çaxnaşma
Çaxnaşma — bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.
Gizlən qaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. == Ümumi məlumat == Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. == Oyunun qaydaları == Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Qaç, Melos!
Qaç, Melos! (走れメロス, Haşire Merosu) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış novella. İlk dəfə 1940-cı ildə nəşr olunmuşdur. Yaponiya məktəblərində oxu materialı kimi tədris olunur. Novellanın əsas mövzusu dostluğa olan inamdır. == Məzmun == Melos ədalət anlayışı yüksək olan gənc, sadəlövh çobandır. O, insanlara güvənmədiyi üçün ailə üzvləri daxil olmaqla bir çox insanı öldürmüş tiran kral Dionisin torpaqlarında yaşayır. Melos kralın əməllərindən xəbər tutanda qəzəblənir və ona sui-qəsd təşkil etmək qərarına gəlir. Gizli şəkildə kralın Sirakuzda yerləşən qəsrinə daxil olsa da, yaxalanır və kralın hüzuruna gətirilir. Melos kralı öldürməyi planlaşdırdığını etiraf etsə də, kiçik bacısının toyunu təşkil etmək üçün edamının 3 günlüyünə təxirə salınmasını xahiş edir.
Qaç, Lola, qaç (film, 1998)
Qaç, Lola qaç (alm. «Lola rennt»‎) — alman kinorejissoru Tom Tıkverin filmi. Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir. Lolanın (Franka Potente) boyfriendi Manni (Moritz Bleibtreu) qaçaqmalçılıq sazişi bağlayır və o 100 min markanı boss Ronniyə çatdırmalıdır. Lola motorollerlə onu təyin olunmuş yerə özü aparacağını söz verir. Amma motorolleri oğurlayırlar və o metro ilə getməli olur. Burada Manni həlledici bir səhv eləyir — o pulla dolu paketi metroda qoyur. O tez taksofona girərək Lolaya zəng vurur və ona başa salmağa çalışır: əgər həmin pulları əldə edə bilməzsə, onu öldürəcəklər.
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul. Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir..